Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət şirkətində 37 milyon manat zərər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkətində 37 milyon manat zərər

 “Təmiz Şəhər” ASC 2017-ci ili üzrə bütün maliyyə hesabatlarını açıqlamayıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, “Mənfəət və zərər” hesabatı daxil bir neçə hesabatını gizlədən ASC yalnız "Balans hesabatı"nı saytında yerləşdirib.

 

"Balans hesabatı"ndan məlum olur ki, “Təmiz Şəhər” ASC 2017-ci ili 36 milyon 997 min manat xalis zərər ilə başa vurub. Bu, 2016-cı ilin zərəri ilə müqayisədə 42,2% azdır. ASC 2016-cı ili 52 milyon 618 min manat xalis zərər ilə bağlamışdı.

 

2017-ci ilin zərər ilə “Təmiz Şəhər”in yığılmış zərəri 161 milyon 394 min manata yüksəlib.

 

“Təmiz Şəhər”in zərəri investisiyalar ilə bağlıdır. 

 

Ötən ilin sonunda  “Təmiz Şəhər”ə xalis dövlət investisiyaları 182 milyon 203 milyon manata, digər investisiyalar isə 58 milyon 91 min manata çatıb.

 

Ötən il, “Təmiz Şəhər” ASC-nin aktivləri azalaraq 2016-cı ilin sonundakı 102 milyon 188 min manatdan 88 milyon 779 min manata düşüb.

 

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.

23.10.2018 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ