Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

PAŞA Bank 10-cu BAFT Global Council Forumunda iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank 10-cu BAFT Global Council Forumunda iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avstraliyanın Sidney şəhərində keçirilən 40-cı SIBOS 2018 konfransı çərçivəsində ənənəvi olaraq təşkil olunan 10-cu BAFT Global Council Forumu baş tutmuşdur.

 

Reklam_3_11

Dünyanın maliyyə sahəsində aparıcı forumlarından hesab olunan bu tədbir qlobal vəkillik vasitəsi ilə bazar təcrübəsinin yaradılması, təsiredici qanunvericiliyin təşviqi, yeni sənaye sahələrinin inkişafına xidmət edərək, qlobal maliyyə sisteminin təhlükəsizliyinə və effektivliyinin təmin olunmasına təhsil və maarifləndirmə yolu ilə töhfə verir.

 

PAŞA Bankı bu mötəbər forumda təmsil edən İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev geosiyasət mövzusuna həsr olunmuş hissədə təqdimatla çıxış etmişdir. O, dünyada hal-hazırda cərəyan edən bir sıra iqtisadi və siyasi məsələlərin təhlilini apararaq, maliyyə bazarlarının vəziyyəti, eləcə də Cənubi Qafqaz regionu və Azərbaycanın geosiyası və iqtisadi əhəmiyyətindən söz açmışdır.

 

Regionda baş verən makro-iqtisadi dəyişikliklərin fonunda, Azərbaycanın strateji tərəfdaşları və qonşu ölkələrlə olan yaxşı münasibətlərin mövcudluğunu vurğulayan B.Nağıyev qeyd etmişdir: “Bizim üçün arzuolunandır ki, region ölkələri ilə əməkdaşlıq zamanı qərbin və Asiyanın maliyyə institutları, bankları standart və konservativ mövqedən yanaşmayaraq, regionun mövcud iqtisadi reallıqları, inkişaf trendlərini və səciyyəvi xüsusiyyətlərini qəbul edib, nəzərə alsınlar. Məhz geosiyasi mövqeyin əlverişliliyindən faydalanan, böyük İpək yolunun üzərində yerləşərək qərblə şərqi birləşdirən Azərbaycan həm qonşu ölkələrlə, həm də ABŞ, Avropa və Asiya ölkələri ilə münasibətlərini yüksək səviyyədə saxlamağa davam edir. Gürcüstan və Türkiyədə də uğurla fəaliyyət göstərən Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın bu münasibətlərin qurulmasında və inkişafında töhfəsi olmuşdur”.

23.10.2018 08:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ