Ən yuxarı (mobil)-2_30

Sığorta şirkətindən etiraz: "Bu reytinqi qəbul etmirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətindən etiraz: "Bu reytinqi qəbul etmirik"

“Standard İnsurance” sığorta şirkəti ölkənin sığorta şirkətlərinin ötən gün açıqlanan reytinqini əalətli saymır və onun nəticələrini qəbul etmir. Bu barədə şirkətin idarə heyəti sədrinin müavini Tural Ələsgərov bildirib.

 

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.

 

Bu reytinq cədvəlində“Standard İnsurance” sığorta şirkəti  mənfi 8 bal toplayaraq ən aşağı reytinqə layiq görülüb.

 

Cavabında "Standard İnsurance"ın idarə heyətinin sədrinin müavini Tural Əsgərov  bildirib ki, bu göstəricini qəbul etmir və ədalətli saymır. Sədr müavini bildirib ki, reytinqdə şirkət haqqındakı mənfi qiymət yalnız bir mənfi rəy əsasında verilib: "Çünkü burda cəmi 1 nəfərdən sorğu götürüblər və buna əsasən reytinqi açıqlayıblar.

 

Bunula əlaqədar həmin müştəri ilə əlaqə saxlanılıb və məlum olub ki, həmin şəxs forma 4-sənədini verməyib və buna görə də ödənişdə gecikmə olub".

 

Şirkətdən bildirilib ki, hazırda “Standard İnsurance” müştərilərdən gələn mənfi rəylərin qarşısını almaq üçün işlər aparır.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© FED

23.10.2018 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ