Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan dövlət büdcəsinin xərcləri 7,3% artırılır - PLANLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan dövlət büdcəsinin xərcləri 7,3% artırılır - PLANLAR

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri 24 milyard 780,1 milyon manat proqnozlaşdırılır.

 

Reklam_3_11

Bu barədə 2019-cu il dövlət bücdə zərfinə istinadən xəbər verir.

 

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7  milyard 316 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 milyard 451,6 milyon manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4%-i isə digər gəlkirlərin payına düşür.

 

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzəərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

 

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 milyard 553,2 milyon manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

 

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 milyard 700,3 milyon  manatı neft sektorunun 40,2%-i və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

 

Qeyd edək ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22  milyard 149 milyon manata, xərclər 23 milyon 100 milyon . manat təşkil edir. 

23.10.2018 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ