Nazirlik: Turpaketlərə görə ödənişlər yalnız nağdsız aparılmalıdır
Azərbaycanda "Nağdsız ödənişlər haqqında" qanuna əsasən, turpaketlərə görə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
N.İmanovun sözlərinə görə, əgər müştəri yalnız bilet alırsa, bu zaman ödəniş nağd həyata keçirilə bilər: "Hər hansı turpaket üzrə turizm agentliklərinə edilən ödəniş yalnız nağdsız həyata keçirilməlidir. Əgər müştəri bileti ayrı alırsa, bu zaman biletin pulu nağd ödənilməlidir".
Turizm agentlikləri isə bu tələbin onların işlərinə mane olduğunu deyir: "Nəzərə almaq lazımdır ki, heç də müştərilərin hamısının plastik kartı yoxdur. Digər tərəfdən isə banklar şənbə-bazar günləri işləmir. Belə çıxır ki, həmin günlər bizə müraciət edən müştərilərə xidmət etməməliyik".
Turizm şikrətlərinin "Visa" sistemi işləməyən İran və bu kimi ölkələrin vətəndaşlarına xidmət göstərilməsi zamanı yarana biləcək problemlərlə bağlı suallarına aydınlıq gətirən N.İmanov məsələnin onların diqqətində olduğunu deyib: "Bilirik ki, İranda "Visa" sistemi işləmir və həmin ölkələrin vətəndaşlarına edilə biləcək xidmətlərə görə, yarana biləcək problemləri anlayırıq. Bu bizim nəzərimizdədir. Yəqin ki, bununla bağlı müəyyən işlər görəcəyik".
® Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 d. əvvəl
-
1 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
2 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
2 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
2 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
2 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəsinə ixrac edilib