Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AGBank” metro çıxışında bankomatını istifadəyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AGBank” metro çıxışında bankomatını istifadəyə verib

“AGBank” əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomatı istifadəyə verib. 


Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bankomat Bakı şəhəri, Qara Qarayev prospekti, 30/42 ünvanında, Qara Qarayev m/s çıxışının yaxınlığında müştərilərin ixtiyarına verilmişdir. 


"Bankomatların sayına görə, "AGBank" Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb. Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən çoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir", - məlumatda bildirilir. 


"AGBank"ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.

23.10.2018 10:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ