Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Saatlı, Ağcabədi və Bərdə öndədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Saatlı, Ağcabədi və Bərdə öndədir

Ölkə üzrə pambıq tədarükündə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları öndədir. Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

 

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur. Bu il respublikanın 22 rayonunda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib və 260 min ton pambıq istehsalı gözlənilir.

 

Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.

 

Respublikada pambıq tədarükünə dair oktyabrın 23-nə olan operativ məlumat 

23.10.2018 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ