Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Vahid 2% vergi olacaq, vergi güzəştləri azaldılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vahid 2% vergi olacaq, vergi güzəştləri azaldılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanın gələn il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri açıqlanıb


 

2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərinin özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq.

 

Bu barədə 2019-cu il dövlət büdcəsi zərfində əks olunan büdcə-vergi siyasətinin əsas istiqamətlərində bildirilir.

 

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.

 

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.)və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.

 

Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehlakçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur. 

23.10.2018 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ