Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 2 dəfə aşağı salır

2019-cu il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 milyard 334,8 milyon  manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 72 milyon manat, yaxud 3,2% çoxdur.

 

Bu barədə 2019-cu il dövlət büdcəsi zərfində bildirilir.

 

Bu xərclərin 172,6 mln. manat hissəsini daxili dövlət borcuna xidmət xərcləri (2018-ci illə müqayisədə 69,4 mln. manat çox), 2 mlrd. 162,2 mln. manatının isə xarici xarici dövlət borcuna xidmət xərcləri təşkil edir. (2018-ci illə müqayisədə 2,6 mln. manat çox)

 

Daxili dövlət borcuna xidmət xərclərinin 2019-cu illin proqnozunda artmasına səbəb qiymətli kağızlar bazarının inkişafı məqsədilə emissiya edilən dövlət istiqrazlarının həcminin artması və “Azərbaycan Beynəlxalq Bankı”ASC-nin problemli aktivlərinin satınalınması üçün “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən buraxılmış dövlət zəmanətli veksellər üzrə 2019-cu ildə ödənilməsi nəzərdə tutulan faiz borcu olub.

 

2019-cu il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 500 mln. manat (2018-cilə nisbətən 200 mln. manat və yaxud 28,6% az), xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat (2018-ci iə nisbətən 1,15 mlrd. manat və yaxud 53,5% az) və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat məbləğində proqnozlaşdırılır. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

23.10.2018 14:56

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ