Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Hayat Pharm"ın dərman zavodu Dekabrda işə düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hayat Pharm"ın dərman zavodu Dekabrda işə düşəcək

Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat pharm" 2018-ci ilin dekabr ayında istismara veriləcək. Bu barədə hökumətdən məlumat verilib.

 

"Dekabrda layihənin birinci mərhələsi olan “Dərman vasitələrinin qablaşdırılması” istehsal xətti istismara veriləcək", - deyə məlumatda bildirilir.

 

Müəssisənin təməli 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkı ərazisində qoyulub. Zavodun illik istehsal gücü 22,5 mln. qablaşdırma və ya 500 mln. ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 adda dərman preparatları istehsal olunacaq.

 

“Hayat Pharm” şirkətinin təsisçiləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri  74 mln. dollar təşkil edir.

 

İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır.

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET 

 

©  “İnterfaks-Azərbaycan” 

23.10.2018 16:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ