Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR 3 yatağın qazılması üçün büdcədən 442 milyon manat alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR 3 yatağın qazılması üçün büdcədən 442 milyon manat alıb

SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında yeni quyuların qazılması üçün bu il dövlət büdcəsindən 442 mln. manat alıb


 

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və təbii qazın “Azərenerji” ASC-yə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 604,5 mln. manatdan çox vəsait alıb.

 

Bu barədə “SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

 

"SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan 663,2 mln. manat məbləğində vəsaitin 442 mln. manatını artıq alıb", - deyə o bildirib.

 

Bundan başqa, şirkətə dövlət büdcəsindən ayrılan 300 mln. manat məbləğində subsidiyanın 162,5 mln. manatı da alınıb. «Bu vəsaitlər idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.

 

Xəbər verildiyi kimi, Azərbaycan parlamenti yayda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsait ayrılacaq.

 

SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat ayrılacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan” 

24.10.2018 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ