Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 748 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir.

 

Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək. 

24.10.2018 11:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ