Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bolton, Azərbaycan prezidenti ilə İranı müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bolton, Azərbaycan prezidenti ilə İranı müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı İranı dayandırmağa dair addımları müzakirə edib.

 

“Prezident Əliyev ilə intensiv, həmçinin İran məsələsinə dair danışıqlar apardıq. Tehranın dayandırılması tədbirləri, o cümlədən İranın nüvə proqramına dair müzakirələrimiz oldu”, - C.Bolton çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, regiona səfəri cari vəziyyət barədə daha çox məlumatın əldə olunmasına yönəlib. “Mövcud vəziyyətin daha yaxşı öyrənilməsi, ABŞ-ın regiona dair öz siyasətini daha yaxşı dərk etməsi məqsədilə səfərə gəlmişəm”, - C.Bolton bildirb.

 

O vurğulayıb ki, həmçinin Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib. “Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan və Ermənistanda sülhün bərqərar olmasına xidmət edəcəyini, həmçinin strateji nöqteyi-nəzərdən beynəlxalq müstəviyə təsir göstərə biləcəyini başa düşürük. Buna görə strateji nöqteyi-nəzərdən bu məsələ bizim üçün önəm kəsb edir. Qarabağ münaqişəsinin həllinə dair perspektivləri ilə bağlı fikirlərini bölüşdüyünə görə Azərbaycan prezidentinə minnətdarlığımı bildirirəm. Sabah Ermənistana səfərim baş tutacaq”, - C.Bolton əlavə edib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

24.10.2018 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ