Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bakcell" dünyada ilk dəfə mobil rezidentlik təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakcell" dünyada ilk dəfə mobil rezidentlik təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib.

 

Reklam_3_11

Ölkə adından təqdim edilmiş ilk mRezidentlik rəsmi olaraq İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycriyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən ölkəmizin bütün dünya üzrə diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkəyə investisiya yatırmaq istəyən bütün xarici vətəndaşlara “Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdir.

 

“Bakcell ölkədə innovasiya də rəqəmsallaşmanın tətbiq edilməsinə yönəlmiş bütün dövlət təşəbbüslərinə dəstək göstərməyə hazırdır. Artıq ikinci ildir ki, şirkətimiz Rəqəmsal Ticarət Qovşağının konfransına dəstək göstərir və biz İSESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tuveycriyə ilk mobil rezidentliyi təqdim etməkdən qürur duyuruq”,  deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

 

Bakcell şirkətinin sponsorluğu ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) tərəfindən keçirilən “Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransı” innovasiya sahəsində ən nüfuzlu tədbirlərdəndir. Konfransda ABŞ, Tailand, Böyük Britaniya, Estoniya, Türkiyə və Mərakeş daxil olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə ilə yanaşı yüksək vəzifəli dövlət məmurları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar və dünyanın aparıcı ticarət platformalarının nümayəndələri iştirak edib.

 

Bu il Rəqəmsal Ticarət Qovşağının əsas mövzusu elektron və mobil rezidentlik proqramının Azərbaycanda və bütün dünyada təqdim edilməsi olub. İştirakçılar elektron və mobil rezidentliyin sahibkarlar üçün güclü bir alətə çevrilməsini müzakirə ediblər. Tədbirdə həmçinin elektron xidmətlərin ölkələrarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub. Həmçinin bildirilib ki, yeni yaradılan  www.EnterpriseAzerbaijan.com  portalı birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə yaradılan əlverişli platformadır.

 

Bakcell şirkəti müxtəlif layihələrə dəstək göstərməklə və özünün AppLab inkubasiya mərkəzi vasitəsilə ölkədə innovasiya, rəqəmsallaşma, İT sahəsində startaplar və ümumi startap mühitinin inkişafına böyük töhfə verməkdədir.

24.10.2018 15:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ