Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çin Azərbaycanda avtomobil şinləri istehsal edəcək - MEMORANDUM İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Azərbaycanda avtomobil şinləri istehsal edəcək -  MEMORANDUM İMZALANDI

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin nümayəndələri ilə görüşüb.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya verilən məlumata görə, nazir Şahin Mustafayev bildirib ki, “Çin Milli Elektrik Mühəndisliyi Ko., Ltd” (CNEEC) şirkətinin də Azərbaycanda iş təcrübəsi var və müxtəlif layihələrin icrasında iştirak edib.

 

CNEEC-in vitse-prezidenti Zheng Chengjun şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycana növbəti səfər zamanı Çin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlığa dair bir sıra görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkında olub.

 

Zheng Chengjun CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, bu məqsədlə ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihəyə dair təqdimat keçirib.

 

Görüşün sonunda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

25.10.2018 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ