Dolların alış qiyməti yeni səviyyəyə qalxdı

Günortadan bəzi banklardada Dolların alış qiymətinin qalxdığı müşahidə olunur.

 

Marja” xəbər verir ki, səhər saatlarında 1 dolları 1.76 manata alan Bank BTB, günortadan sonra alış qiymətini 1.78 manata qaldırıb. Hazırda Bank BTB Dolları ən baha məzənnə ilə alan bankdır.

 

Bundan əvvəl, Dolları Ziraat Bank Azərbaycan 1.77 manata alırdı. Lakin günortadan sonra bu bank alışı 1.73 manata endirib.

 

Dolların alış qiymətini “ATA Bank” 1.7250 manatdan 1.74 manata, PAŞA Bank 1.73 manatdan 1.7350 manata, Rabitəbank isə 1.72 manatdan 1.73 manata qaldırıb.

 

Səhər saatlarında Dolları 1.82 manatdan satan banklar, günortadan sona satış məzənnəsini 1.83 manat olaraq təyin ediblər.

17 Fevral 2017 , 15:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin