Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Ehtiyatlarımız çoxdur, borcumuzu sıfıra endirə bilərik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ehtiyatlarımız çoxdur, borcumuzu sıfıra endirə bilərik”

Azərbaycanın valyuta ehtiyatları xarici borcun məbləğindən 4-5 dəfə çoxdur. Zərurət yaranacağı halda bir neçə ay ərzində xarici borcun ödənilməsi mümkündür.

 

Reklam_3_11

Bunu prezident İlham Əliyev deyib.

 

“Bizim valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Zərurət yaranarsa bir neçə ay ərzində xarici borcumuzu sıfıra endirə bilərik”, - İ.Əliyev cümə axşamı “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Forumunda çıxışında bildirib.

 

Forum2010-cu ildən etibarən keçirilir. Tədbirin təşəbbüskarları Azərbaycan və Rusiya liderləridir.

 

İ.Əliyevin sözlərinə görə, Azərbaycanda iqtisadi vəziyyət stabildir, iqtisadiyyat inkişaf edir, əsaslı islahatlar həyata keçirilir. “Son 15 il əzrində ÜDM-in 3,2 dəfə artıb, iqtisadiyyata sərmayələr 250 mlrd. tdollar əşkil edib. Son illər ərzində orbitə 3 peyk buraxmışıq, bu da qeyri-neft ixracına müsbət təsir göstərir”, - prezident qeyd edib.

 

İ.Əliyev vurğulayıb ki, hazırda Azərbaycan nəqliyyat sahəsində fəal layihələr həyata keçirir. Bu layihələr qonşu dövlətlərlə reallaşdırılır. “Məqsədimiz Azərbaycanı güclü nəqliyyat mərkəzinə çevriməkdir. Artıq müasir infrastruktur yaradılıb, ölkədə 6 beynəlxalq aeroport fəaliyyət göstərir, yeni dəniz limanı inşa olunub. Bu gün “Şimal-Cənub”, “Qərb-Şərq” nəqliyyat dəhlizləri Azərbaycandan keçir, ölkələri birləşdirən və əməkdaşlığın genişləndirilməsinə imkan yaradan yeni nəqliyyat dəhlizləri yaradılır”, - dövlət başçısı deyib.

 

Prezident qeyd edib ki, iqtisadiyyat sahəsində əsaslı islahatlar sosial sahəyə də müsbət təsir göstərir. “Nəticədə, 15 il əzrində yoxsulluğun səviyyəsi 49%-dən 5,4%-dək azalıb, işsizlik səviyyəsi 5% təşkil edir”, - dövlət başçısı əlavə edib.

 

2018-ci il iyulun 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 9,6 mlrd. dollar təşkil edir.Eyni zamanda, 1 sentyabr 2018-ci il tarixinə strateji valyuta ehtiyatları 45 mlrd dollar səviyyəsində qiymətləndirilir. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

25.10.2018 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ