Bakı Fond Birjasında səhm bazarı tənəzzüldədir
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 17 milyard 424 milyon 126 min 903 AZN təşkil etmişdir.
Birjadan “Marja”ya daxil olmuş məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin kəskin artmasının səbəbi dövlət istiqrazları və Mərkəzi Bankın notlarıdır.
Əqdlərin 55%-i və ya 9 milyard 641 milyon 826 min manatı Dövlət Qiymətli Kağızlar bazarında, 38%-i və ya 6 milyard 573 milyon 402 min manatı Törəmə Alətlər Bazarında bağlanıb.
Pay bazarı (səhmlərin yerləşdirilməsi) 5 dəfəyə yaxın azalaraq 667 milyon 754 min manatdan 141 milyon 972 min manata, Borc Alətləri Bazarı isə cüzi azalaraq 543 milyon 970 min manatdan 521 milyon 340 min manata düşüb.
Bazarın sektoru | Dövriyyə, yanvar-sentyabr 2018 | Dövriyyə, yanvar-sentyabr 2017 | ||
| Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı | 9,641,826,124.09 | 1271 | 3,019,095,506.71 | 646 |
MN Dövlət İstiqrazları | 808,319,588.41 | 448 | 506,374,349.64 | 306 |
Dİ yerləşdirmə | 649,008,224.02 | 229 | 472,660,873.09 | 251 |
Dİ təkrar | 159,311,364.39 | 219 | 33,713,476.55 | 55 |
AMB Notları | 8,833,506,535.68 | 823 | 2,512,721,157.07 | 340 |
NOT yerləşdirmə | 8,821,056,571.72 | 817 | 2,512,721,157.07 | 340 |
NOT təkrar | 12,449,963.96 | 6 | - | - |
II. Pay bazarı | 141,972,340.91 | 1398 | 667,754,920.50 | 1049 |
Səhmlər yerləşdirmə | 99,399,999.95 | 64 | 649,121,094.93 | 6 |
Səhmlər təkrar | 42,572,340.96 | 1,334 | 18,633,825.57 | 1,043 |
III. Borc Alətləri Bazarı | 521,340,638.17 | 744 | 543,969,797.16 | 633 |
AİF istiqrazları yerləşdirmə | 155,484,581.45 | 25 | 150,577,849.50 | 20 |
AİF istiqrazları təkrar | 279,023,318.03 | 34 | 227,787,237.96 | 28 |
Digər korporativ istiqrazlar * yerləşdirmə | 7,550,000.00 | 16 | - | - |
Digər korporativ istiqrazlar * təkrar | 79,282,738.69 | 669 | 165,604,709.70 | 585 |
- o cümlədən market meyker | 168,960,926.75 | - | 1,496,887.00 | - |
IV. REPO əməliyyatları | 545,585,793.97 | 298 | 11,577,467.73 | 17 |
AMB-nin Repo əməliyyatları | - | - | - | - |
Digər Repo əməliyyatlar | 545,585,793.97 | 298 | 11,577,467.73 | 17 |
V. Törəmə Alətlər Bazarı | 6,573,402,006.32 | 77,168 | 3,685,708,746.09 | 57,472 |
Valyuta | 5,734,685,197 | 67,902 | 3,379,243,731 | 51,789 |
Əmtəə | 838,716,809 | 9,266 | 306,465,015 | 5,683 |
Cəmi | 17,424,126,903.46 | 80,879 | 7,928,106,438.19 | 59,817 |
- o cümlədən: ilkin bazar ( I+II+III) | 9,732,499,377 | 1,151 | 3,785,080,975 | 617 |
- o cümlədən: təkrar bazar ( I+II+III) | 572,639,726 | 2,262 | 445,739,250 | 1,711 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
10 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
11 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
11 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
12 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 12 saat əvvəl
- 12 saat əvvəl