Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar 7 yuana yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 7 yuana yaxınlaşdı

Çin Yuanı on ilin ən zəif səviyyəsinə yaxınlaşır. "Marja" xəbər verir ki, Çin Mərkəzi Bankının (PBOC) iqtisadi artımı dəstəkləmək üçün Yuanın ucuzlaşmasına yol verdiyinə dair siqnalların təsiri ilə Dollar 7 yuan səviyyəsinə yaxınlaşıb.
 

"Marja" xəbər verir ki, Yuan Dollar qarşısında 0.22 faiz də ucuzlaşıb. Dollar/Yuan məzənnəsi 6.9447 ilə 2016-cı ilin sonundan (6.9666) bəri ən zəif  səviyyəsini görüb.
 

Yuan, Çin Mərkəzi Bankının (PBOC) məcburi ehtiyat normasını bu il dördüncü dəfə aşağı salmasından sonra yenidən təzyiq altındadır. Çin ilə ABŞ xəzinə istiqrazları arasındakı faiz fərqinin 2011-ci ilin Aprel  ayından bəri ən aşağı səviyyəsində qalması da Yuan üzərindəki təzyiqi artırır.
 

"ING Group NV"nin Çin iqtisadçısı İris Pang, "Böyük ehtimalla Dollar 7 yuanı keçəcəkdir; Dollar çox güclü görünür və PBOC də Yuanın qarşısını almaq üçün tələsmir. PBOC, bu səviyyəyə gəlmədən müdaxilə etməyə bilər. Zəiflik əsas göstəricilər tərəfindən dəstəkləndiyi müddətcə valyuta ehtiyatlarını əritmək yersizdir",- deyib.
 

Bu həftə Bloomberg Dollar Spot İndeksi 0.8 faiz yüksəlib.

26.10.2018 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ