Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qiymətlər bazarlardakından 20% ucuz olacaq - YARMARKA BAŞLAYIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətlər bazarlardakından 20% ucuz olacaq - YARMARKA BAŞLAYIR

Regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC paytaxt rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb.

 

Reklam_3_11

ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, ilk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) fəaliyyətə başlayacaq.

 

Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər isə  bazarlardakından  20% ucuz olacaq.

 

"Səhmdar Cəmiyyətin bu addımı atmaqda məqsədi  mövsümdə bol məhsul istehsal etmiş fermerlərə kömək etmək, məhsullarının realizə olunmasına yardım göstərməkdir",- məlumatda deyilir. 

 

2018-ci ilin 9 ayının yekunlarına əsasən, Səhmdar Cəmiyyət yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalan təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) təlabatına yönəldilib, 25 milyon manatlıq məhsul  isə xarici ölkələrə ixrac olunub.

 

Səhmdar Cəmiyyət ölkə üzrə tədarük-təchizat prosesini fasiləsiz olaraq davam etdirir.

26.10.2018 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ