Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" sərgidə iştirak edir - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mitsubishi Electric" və "AUX"un rəsmi distribyutoru "NewCond" sərgidə iştirak edir - FOTOLAR

(®) "NewCond" şirkəti 23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən  Beynəlxalq İstilik, Havalandırma, Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2018” sərgisində iştirak edir.

 

Şirkət 1997-ci ildən etibarən məşhur Yapon brendi "Mitsubishi Electric", 2017-ci ildən isə Çinin ən nəhəng brendlərindən biri olan AUX kondisionerlərinin rəsmi distribyutorudur. "NewCond" müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir.

 

Hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir. 

 

"NewCond" A2216 (Mitsubishi Electric) və A2130 (AUX) nömrəli stendinlərində öz innovativ və yüksək texnoloji məhsullarını təqdim edir. Bunların sırasında ilin ən zövqlü və eleqant yeniliyi olan Premium İnverter MSZ-LN seriyalı Mitsubishi Electric divar tipli kondisionerləri xüsusi yer tutur. Müasir dizaynı və geniş funksionallığı ilə seçilən, +46°C istidə və -20°C şaxtada işləyən LN seriyalı kondisionerlər Avropada ən prestijli sayılan Good Design Award premiyası ilə təltif olunub. "Premium İnverter" seriyası enerjiyə 40% qənaət etməklə 2017-2018-ci ilin ən qənaətçil kondisioneri hesab edilir.

 

"NewCond" şirkəti 2017-ci ildə AUX brendinin Azərbaycanda ilk və tək rəsmi distribyutoru olaraq, bu brendə aid iqlim avadanlıqlarını  ölkə bazarına təqdim etdi. Qısa bir zaman ərzində keyfiyyəti ilə  öz yerini tutmuş AUX kondisionerləri  bu gün öz sinifinə aid kondisionerlər sırasında  rahat funksionallığı, davamlılığı və sərfəli qiyməti ilə ön mövqe tutmaqdadır. 

 

Əlavə olaraq, stendin qonaqları keyfiyyətinə görə dünya liderlərindən biri olan Mitsubishi Electric və AUX brendlərinin digər məişət, sənaye, yarımsənaye kondisionerləri, multi sistem və multizonal VRF sistemləri ilə yaxından tanış olma imkanına malik oldular.

 

Şirkətin təcrübəli mütəxəssisləri maraqlanan hər kəsə məhsulların texniki özəlliyi haqqında ətraflı məlumat təqdim etməyə hər zaman hazırdırlar. Bu isə öz növbəsində peşəkar məsləhət alma imkanı deməkdir.

 

26.10.2018 10:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ