Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“GoldenPay”, ADA Universiteti tələbəsinin təhsil haqqını qarşılayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“GoldenPay”, ADA Universiteti tələbəsinin təhsil haqqını qarşılayacaq

2017-ci il 31 yanvar tarixində “GoldenPay” ASC ilə “ADA Universiteti “ fondu arasında razılaşma imzalanıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, razılaşmaya əsasən “GoldenPay” ASC, ADA Universiteti “School of İT & Engineering” fakultəsində təhsil alan bir tələbənin təhsil haqqını, iki tələbənin isə yay mövsümü ərzində istehsalat təcrübəsinə yiyələnməsini təmin edəcək.

 

Bundan əlavə, ADA Universitetində sözügedən fakultəni müvəffəqiyyətlə başa vurmuş bir məzunun “GoldenPay” ASC-də işlə təmin edilməsi nəzərdə tutulub.

 

Razılaşma müddəti ilkin mərhələ üçün bir il təşkil edir. Bu müddət, hər iki tərəfin istəyinə əsasən uzadıla və gələcək perspektivlərə yol aça bilər. Qeyd edək ki, elektron ödəmə sahəsində ölkədə lider mövqe tutan “GoldenPay” ASC 2008-ci ildən etibarən fəaliyyət göstərir. Əsas hədəfi ödəniş vərdişlərinin dəyişməsi və daha komfortlu vahid ödəmə şəbəkəsinin təqdim edilməsi olan “GoldenPay” ölkədə Elektron İqtisadiyyatın inkişafı istiqamətində atdığı müsbət addımlarla, o cümlədən elektron ticarətin inkişafı ilə bağlı təcrübə mübadiləsi, elektron ödəmələrin müxtəlif vasitələrlə stimullaşdırılması və s. kimi fəaliyyətləri ilə də fərqlənir. Bu istiqamətdə fərqli layihələrdə aktiv iştirak edən şirkət gələcəkdə də bununla bağlı fəaliyyətini genişləndirmək niyyətindədir.

17.02.2017 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ