Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Aqrarkredit”in sədri "Rayfazzen İsveçrə”nin sədri ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aqrarkredit”in sədri "Rayfazzen İsveçrə”nin sədri ilə görüşüb

23-24 oktyabr 2018-ci il tarixlərində İsveçrənin Bern şəhərində İsveçrənin Kənd Təsərrüfatı üzrə Federal Agentliyinin və "Rayfazzen”  (Raiffeisen) Bankın təşkilatçılığı ilə Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiyanın konqresi keçirilmişdir.

 

"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev beynəlxalq konqresin işində iştirak etmişdir.

 

Mərkəzi İsveçrənin Sürix şəhərində olmaqla, 1989-cu ildə qeyri-kommersiya təşkilatı kimi yaradılmış Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya hazırda 25 ölkəni təmsil edən 80-dən çox bank və maliyyə təşkilatlarını özündə birləşdirən beynəlxalq qurumdur.

 

Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiyanın keçirdiyi beynəlxalq konqresin əsas məqsədi kənd təsərrüfatının kreditləşdirilməsi üzrə maliyyə institutlarının və təşkilatlarının beynəlxalq səviyyədə təmsil olunması, üzv təşkilatlara bütün dünyada kənd təsərrüfatında baş verən ən son nailiyyət və problemlərin müzakirə olunması imkanının yaradılması, kənd təsərrüfatı sektorunda maliyyə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təcrübə, informasiya və ideya mübadiləsinə yardımın göstərilməsidir.

 

Konqres zamanı təşkilatçılar tədbir iştirakçılarını İsveçrənin əkinçilik modeli, kənd təsərrüfatı siyasəti, kənd təsərrüfatının xüsusiyyətləri və perspektivləri ilə tanış etmişlər.

 

Dünyanın müxtəlif ölkələrini təmsil edən 100-dən çox xarici qonağın iştirak etdiyi beynəlxalq konqresdə "İnnovasiya və kənd təsərrüfatının inkişaf perspektivləri”, "2008-2018-ci illərdə bank sistemində və maliyyə dünyasında baş verən dəyişikliklər”, "Risklərin idarə edilməsi və kənd təsərrüfatı sığortasının gələcək perspektivləri” mövzusunda çıxışlar dinlənilmişdir.

 

Beynəlxalq konqres çərçivəsində "Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev keçirdiyi görüşlərdə Azərbaycanda qeyri-neft sektoruna, aqrar sahəyə göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının inkişaf perspektivləri və maliyyələşdirilməsi, eyni zamanda, Azərbaycanda mövcud olan münbit investisiya imkanları və digər məsələlər barədə danışmışdır.

 

Bununla yanaşı, Məmməd Musayev Avstriyanın "Rayfazzen” Bank qrupunun İsveçrə Bankının İdarə Heyətinin sədri Paskal Gantenbeinlə görüşərək gələcək əməkdaşlıq məsələləri barədə müzakirələr aparmışdır.

27.10.2018 07:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ