Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

 

Reklam_3_11

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu,”ASAN xidmət” Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində mümkün olub.

 

Oktyabrın 26-dan etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqın-da protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər.

 

Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya "ASAN ödəniş" sisteminə qoşulan digər ödəniş por-talları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

 

Qeyd edək ki, “ASAN ödəniş” sistemi 2014-cü ildə yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulan digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

27.10.2018 08:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ