Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda diri toyuqların satışı məhdudlaşdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda diri toyuqların satışı məhdudlaşdırılacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib.

 

Agentlik sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərlə bağlı sahibkarları məlumatlandırıb.

 

Sahibkarlarla əlaqələndirmə prinsiplərinə əsaslanaraq, şəffaflığın təmin olunması şəraitində həyata keçirilən tədbirlərin ölkədə qida təhlükəsizliyi siyasətinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Q.Təhməzli, bu istiqamətdə sahibkarlara Agentlik tərəfindən hər cür metodiki köməkliyin göstəriləcəyini diqqətə çatdırıb.

 

Daha sonra quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

 

Görüşdə ölkə ərazisində müvafiq sahə üzrə qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların maarifləndirilməsi sahəsində əlaqələndirilmiş birgə fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib və birgə bəyanat qəbul edilib.

 

Bəyanatda bildirilir ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcəkdir.

 

Bu istiqamətdə Azərbaycan Respublikasi Quşçular Cəmiyyəti isə idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunması, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi, istehsal olunan məhsulların ölkədə mövcud standartlara və keyfiyyət tələblərinə uyğun təşkil olunması, heyvan sağlamlığından irəli gələn tələblərə əməl edilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə normayaratma və digər istiqamətlərdə əməkdaşlıq edilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində sosial videoçarxların hazırlanması və sahənin inkişafı üzrə təkliflərin irəli sürülməsini təmin edəcəkdir.


Tədbirin sonunda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

27.10.2018 12:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ