Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İsveçdə milli valyutanın elektron versiyası hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçdə milli valyutanın elektron versiyası hazırlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsveçdə milli valyutanın elektron versiyası hazırlanır.

 

Reklam_3_11

Krallıqda rəqəmsal kron (milli valyuta) yaradılması üzrə yeni pilot layihəsi hazırlanıb. Yeni layihəyə ölkə parlamentində baxılmalıdır, lakin İsveç Bankında bu layihənin uğurla implementasiya olunması üçün hansı hüquqi normaların tətbiq edilməli olması öyrənilir.

 

Yeni sistem mobil qurğulara yüklənə biləcək proqram əlavələrinin köməyi ilə bütöv bir elektron sistem yaradılmasını nəzərdə tutur. E-kronu plastik kartlarda yerləşdirmək və ödənişlərin həyata keçirilməsi üçün ondan istifadə etmək mümkün olacaq.

 

Qeyd edək ki, İsveçdə nağd pullar praktiki olaraq, dövriyyədən çıxıb. Artıq bu gün İsveç dünyada nağdsız hesablaşmaların ən çox aparıldığı ölkədir. Burada demək olar ki, hər yerdə ödənişi plastik kartlar və ya mobil qurğular vasitəsilə həyata keçirmək olar. Bir çox bankların bölmələri, restoranlar, muzeylər və digər ictimai müəssisələr nağd pul qəbul edilməsini və ondan istifadə olunmasını tamamilə dayandırıblar. İstehlakçıların rahatlığı üçün İsveçdə ödənişlər aparılması, sürətli pul köçürmələri, müştərilərin tanınması, habelə kreditlər verilməsi üçün müxtəlif mobil proqramlar yaradılıb. Bu və bir sıra başqa funksiyaları smartfonların köməyi ilə həyata keçirmək olar.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

29.10.2018 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ