Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çox yığıb, az ödəyiblər - SIĞORTA BAZARININ YENİ GÖSTƏRİCİLƏRİ AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çox yığıb, az ödəyiblər - SIĞORTA BAZARININ YENİ GÖSTƏRİCİLƏRİ AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568 milyon 538 min manat məbləğində sığorta haqları toplanıb, 186 milyon 911 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.           

 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 9 ayında 414 milyon 312 min manat sığorta haqları toplanmış, 188 milyon 579 milyon manatı sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, sığorta haqları 37,2% artıb, sığorta ödənişləri isə 0,9% azalıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.

 

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

29.10.2018 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ