Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

 

Reklam_3_11

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

 

Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

 

İştirakçılar və spikerlər arasında “Citibank”, “Commerzbank AG”, Raiffeisen Bank International AG, “Standard Chartered Bank” kimi nəhəng banklar, həmçinin “Mastercard”, “Discover Financial Services”, “DinersClub”, “American Express”, “Samsung Pay”, “UnionPay”, “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “Yandex.Money”, “SWIFT”, Türkiyənin “Banklararası Kart Mərkəzi”, “BPC Banking Technologies”, “KOBIL Systems” və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankarın nümayəndələri də var. Ətraflı məlumatla bu linkdə tanış olmaq olar: https://gbmevents.az/III-banking-forum/ .

29.10.2018 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ