Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR AQŞ yeni rekordlara imza atdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ yeni rekordlara imza atdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR AQŞ bu günlərdə milli qazma sənayesində yeniliyə imza atıb. 

 

Reklam_3_11

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə  ‘’Bulla’’ yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki kəmərin isə 5619 m dərinliyə birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. Bunlar Azərbaycanın qazma sənayesində yeni rekordlardır.

 

Baş direktorun müavini, Baş geoloq İftixar Qasımov bildirib:

 

“Hal-hazırda 113 saylı quyuda qazma işləri 5620 m dərinliyində davam etdirilir. Qazma işləri ‘’Bulla’’ yatağı üçün ən məhsuldar sayılan VII horizontu tam bağlamaqla davam etdiriləcək və quyruq kəməri endirilərək sementlənəcəkdir. Layihəyə əsasən 113 nömrəli istismar  quyusu VIII horizontu açmaqla tamamlanacaq və istismara veriləcəkdir. Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, ‘’Bulla’’ yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirmişdir. Əminəm ki, görülən işlər nəticə etibarı ilə respublikamızın qazma sənayesinin inkişafında yeni səhifə açacaqdır!’’.

 

Qeyd edək ki, milli qazma sənayesində ilk dəfə olaraq  SOCAR AQŞ 2017-ci ildə ‘’Bulla’’ yatağının 6 saylı dəniz stasionar özülündən qazılan 78 nömrəli axtarış quyusunun tikintisi zamanı dərin quyularda qoruyucu kəmərin iki mərhələdə endirilməsi ənənəsinə son qoymuşdur.

29.10.2018 12:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ