Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstanbulun yeni hava limanı açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstanbulun yeni hava limanı açılır

Oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yeni hava limanının ilk növbəsinin açılış mərasimi keçiriləcək.

 

Reklam_3_11

Türkiyənin NTV telekanalı xəbər verir ki, ümumilikdə 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən aeroportun tikintisinə və xidmətə hazır vəziyyətə gətirilməsinə 6 milyard avro vəsait xərclənib. Hava limanının digər etaplarının açılması isə sərnişin artımından asılı olaraq 2023-cü ilə qədər tamamlanmalıdır.

 

Özəl sektorlar vasitəsi ilə inşa edilən aeroportun tikintisi başa çatdıqdan sonra o, 6 müstəqil qalxma-enmə zolağı, 500 təyyarə tutumu, 70 min avtomobil üçün nəzərdə tutulan açıq və qapalı dayanacaq və ildə 200 milyon sərnişin həcmi ilə dünyanın ən böyük hava limanı olacaq.

 

İstanbulun mədəni və memarlıq dəyərlərini özündə cəmləyən aeroportun tikinti işlərinə 250-dən çox memar və 500-dən artıq mühəndis cəlb edilib.

 

İlk mərhələdə hər gün 5 uçuş və 5 enişin planlaşdırıldığı hava limanında ilk daxili reys oktyabrın 31-də Ankaraya, ilk xarici reys noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçiriləcək. Noyabrın 8-də isə İstanbulun yeni aeroportundan Azərbaycana uçuş baş tutacaq.

 

© Azərtac

29.10.2018 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ