Banka insan resurslarının idarə edilməsi üzrə menecer tələb olunur

AFB Bank İnsan resursları departamentinə insan resurslarının idarə edilməsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: İnsan resurslarının idarə edilməsi üzrə menecer

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;

• AR Əmək qanunvericiliyi bilikləri;

• İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;

• İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;

• Elektron Hökumət Portalı, 1 C, HRM proqramı ilə işləmə bacarığı;

• MS Office proqramlarından istifadə bacarığı;

• Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;

• Minumum 2 il Bank təcrübəsi olmaqla, müvafiq sahədə 4 ildən artıq iş təcrübəsi;

• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;

• Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;

• İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;

• İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;

• İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;

• İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;

• Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;

• Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;

• Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;

• Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 

• Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;

• Müntəzəm olaraq Bankın bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;

• İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;

• Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;

• Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 

• Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət; 

• İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;

• Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.


 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resurslarının idarə edilməsi üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

29 Oktyabr 2018 , 17:25   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin