Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AMTA və "Agrovita" sahibkarların növbəti görüşünü təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMTA  və "Agrovita" sahibkarların növbəti görüşünü təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) və "Agrovita" şirkətinin birgə təşkilatçılığı ilə sahibkarların növbəti görüşü təşkil edilib.

 

Reklam_3_11

Görüş zamanı AMTA-sədri Bəşir Quliyev Assosiasiyasının fəaliyyəti haqqında yenilikləri iştirakçıların diqqətinə çatdırıb və ixrac mövsümü ilə bağlı aktual olan məsələlər haqqında geniş müzakirələr aparılıb.

 

Tədbirdə AMTA-ya üzv olmaq istəyən sahibkarların sualları cavablandırılaraq üzvlük prosesi ətraflı şəkildə izah olunub.

 

Daha sonra çıxış edən Rusiyanın Buyskiy Kimya Zavodunun ekspertləri sahibkarlara aqrar sahədə tətbiq olunan son yeniliklər haqqında ətraflı məlumat verərək istehsal etdikləri gübrə və bitki bəsləmə  məhsullarının tərkibi və istifadə təlimatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Zavodun məhsulları haqqında olan video çarx nümayiş etdirildikdən sonra sahibkarların sualları cavanlandırılıb.

 

Buyskiy Kimya Zavodunun aqrar sahədə tətbiq olunan gübrə və bitki bəsləmə məhsulları ilə bağlı  ərtaflı məlumat əldə etmək istəyən sahibkarlar  zavodun ölkəmizdəki rəsmi nümayəndəliyi "Agrovita" şirkətindən əldə edə bilərlər.

 

“Agrovita” MMC şirkəti ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədilə 2015-ci ildə fəaliyyətə başlayıb. Şirkət “Monsanto” (Seminis) toxumlarının, “Koppert” bioloji mübarizə vasitələrinin, gübrə, pestisit və istixana ləvazimatlarının satışı ilə məşğuldur. Bununla yanaşı, istixanalar və açıq ərizələr üçün tərəvəz şitillərinin yetişdirilməsini təşkil edir.

30.10.2018 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ