Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maaşını həyat sığortasına köçürənlər sürətlə artır - VERGİ SİZƏ QALIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaşını həyat sığortasına köçürənlər sürətlə artır - VERGİ SİZƏ QALIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 235 milyon 20 min manat, icbari həyat sığortası üzrə 27 milyon 996 min manat sığorta haqları toplanıb (cəmi 263 milyon 16 min manat).

 

Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 194 milyon 168 min manatı və ya 82,6%-i həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2017-ci ilin 9 ayı ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 95 milyon 496 min manat və ya təxminən 2 dəfə artıb.

 

Cari ilin 9 ayı ərzində həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 79 milyon 325 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 87 milyon 197 min manat təşkil etmişdi.

 

Həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 69% artıb. Belə ki, ötən ilin 9 ayı ərzində toplanmış sığorta haqları 24 milyon 95 min manat ikən, bu ilin eyni dövründə 37 milyon 960 min manata yüksəlib.

 

2018-ci ilin yanvar-sentyabr dövründə əmək qabiliyyətinin sığortası üzrə 2 milyon 644 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə isə  246 min manat sığorta haqqı toplanıb.

 

İcbari həyat sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə toplanmış sığorta haqları isə  3,5% azalaraq 27 milyon 996 min manata düşüb. Ötən ilin 9 ayı ərzində icbari həyat sığortası üzrə 28 milyon 332 min manat sığorta haqqı toplanmışdı.

 

ƏMƏK HAQQINI YAŞAM SIĞORTASINA KÖÇÜRƏNLƏR ARTIR

 

3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.

 

Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır.Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

 

HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR?

 

Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.

 

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.

 

-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.

 

-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.

 

-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.

 

Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.

 

Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir.  Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.

30.10.2018 05:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ