Ən yuxarı (mobil)-2_30

Hər 100 manat sığorta haqqının 34 manatı müştərilərə geri ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər 100 manat sığorta haqqının 34 manatı müştərilərə geri ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Həyat sığortası 73%, qeyri-həyat sığortası isə 17% artıb

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 263,016 milyon manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasına görə, bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 72,8% çoxdur.

 

9 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 305,523 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,55% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 9,2% azalaraq 82,903 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 6,9% artaraq 104,008 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-sentyabrında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-sentyabrında müvafiq olaraq 60 manat və 37,1 manat olub. 

 

Könüllü sığorta 47%, icbari sığorta isə 16% artıb

 

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 414,945 milyon manat sığorta haqqı toplanılıb.Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 47,3% çoxdur.

 

9 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 15,7% artaraq 153,594 milyon manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 137,32 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7% azdır. Ötən 9 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 21,4% artaraq 49,592 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-sentyabrında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 37 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-sentyabrında 52,45 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,8 manatdan 32,3 manata qalxıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Renkinq

30.10.2018 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ