Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sığorta bazarında artım 5 aydır azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarında artım 5 aydır azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sığorta bazarında artım göstəricisi 5 aydır ki, azalmaqda davam edir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında 21 yerli sığorta şirkəti 568,5 mln. manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,2% çoxdur. Xatırladaq ki, sözügedən dinamika yanvar-avqust aylarının yekununda 40,1%, yanvar-iyul aylarının yekununda 42,4%, yanvar-iyun aylarının yekununda 43,5%, yanvar-may aylarının yekununda 46,1%, yanvar-aprel aylarının yekununda 55,2%, yanvar-mart aylarının yekununda 28,2%, yanvar-fevral aylarının yekununda 25,4%, yanvar ayının yekununda isə 17% təşkil edib.

 

Göründüyü kimi, ilin ilk 4 ayında sığorta bazarının böyümə tendensiyası müsbət istiqamətdə, 5-9-cu aylarda isə mənfi istiqamətdə olub. Yanvar-aprel aylarında müşahidə edilmiş kəskin artım apreldə sığorta yığımlarının nəzərəçarpacaq dərəcədə çox olması ilə bağlıdır. Belə ki, Azərbaycan sığortaçıları təkcə həmin ay ötən ilin aprel ayına nisbətən 2,4 dəfə çox – təxminən 108 mln. manat sığorta haqqı toplayıb. Halbuki, ilin əvvəlindən bəri aylıq yığım orta hesabla təxminən 63 mln. manat təşkil edib. Son nəticədə sığorta bazarında artım göstəricisi azalmaqdadır.

 

Bu tendensiya ilin sonuna qədər davam edərsə, artım göstəricisi yanvar-oktyabr aylarının yekununda təxminən 35%-ə, yanvar-noyabr aylarının yekununda 32-33%-ə, yanvar-dekabr aylarının yekununda isə təxminən 30%-ə düşə bilər. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

30.10.2018 07:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ