Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Lirə və Rublun ucuzlaşması Azərbaycana əhəmiyyətli təsir göstərməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lirə və Rublun ucuzlaşması Azərbaycana əhəmiyyətli təsir göstərməyib

“Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

 

“Son 3 ayda beynalxaql konyuktura Azərbaycan üçün əlverişli olmaqda qalmışdır. Neftin qiyməti son dövrdə 37%-dən çox artmışdır. Neftin son 9 ayda orta qiyməti 73 dollar olmuşdur. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edib. 9 ay ərzində xarici ticarət balansında ümumi daxili məhsulun 19%-i səviyyəsində profisit formalaşmışdır. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artmışdır. Azərbaycanın xarici ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrin mərkəzi bankları tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını sabitləşdirmişdir. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq hökm sürmüş, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edərək 45 milyard dolları ötmüşdür. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillər 2018-ci ilin sonunadək davam edəcəkdir.”,- Elman Rüstəmov  deyib..

 

Qeyd edək ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Ötən dövrdə Türk Lirəsi  və Rubl ucuzlaşıb.

30.10.2018 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ