Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Büdcədəki 1.70 manat məzənnəsi başqa məsələdir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Büdcədəki 1.70 manat məzənnəsi başqa məsələdir”

Bu gün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dollar/Manatın məzənnəsinin dəyişə biləcəyinə işarə edib.

 

“Marja"nın verdiyi xəbərə görə, Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, 2019-cu ilin büdcə zərfində göstərilən məzənnə proqnozu hesablama məzənnəsidir. Bu məzənnə sosial-iqtisadi, gəlir proqnozlarını hesablamaq üçün götürülür.

 

2019-cu ilin dövlət büdcə zərfində qeyd edilib ki, növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı gözlənilir. 

 

“Büdcənin gəlirlərini hesablamaq, digər artımları proqnozlaşdırmaq üçün hesablama məzənnəsi tələb olunur. Amma bu idarəetmə, əməliyyat hədəfi deyil. Sadəcə olaraq sosial-iqtisadi proqnozlar üçün bir məzənnə götürülür. Bu başqa məsələdir",- Elman Rüstəmov deyib.

30.10.2018 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ