Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Şərtlər banklar üçün daha sərfəsiz oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərtlər banklar üçün daha sərfəsiz oldu

Faiz dəhlizinin parametrlərinin aşağı düşməsi notların və depozit hərraclarında faizin aşağı düşməsilə nəticələnəcəkdir.

 

"Marja" xəbər verir ki, qaydalara görə, depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə, uçot dərəcəsi 10%-dən 9,75%-ə, faiz dəhlizinin aşağı həddi isə 8%-dən 7,75%-ə endirildiyindən depozit və not hərraclarında faiz  8,01% – 9,99% aralığından 7,76% – 9,74% aralığına düşəcəyi gözlənilir. Bu isə depozit və not hərraclarının banklar üçün əvvəlki şərtlərlə müqayisədə sərfəsiz olacağı deməkdir.

 

Əlavə edək ki, son depozit not hərraclarında tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracları vasitəsilə 350 milyon manat cəlb edəcəyini açıqlasa da banklar 1 milyard manatdan yüksək tələblər ilə hərraclara qatılırlar. Məsələn, sonuncu dəfə, 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 247 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qısası, hərraclarda 350 milyon manat alınacağı elan edilsə də banklar 1 milyard manatdan artıq vəsaiti satmağa hazır olduqlarını bildirirlər. Mərkəzi Bankın, tələbin yüksək olduğunu nəzərə alaraq daha aşağı faizlər müəyyən edə bilməsi üçün faiz dəhlizinin aşağı həddi aşağı salınmalıdır. 

 

Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək asan yolla gəlir götürürlər. Əgər faizlər daha da aşağı düşərsə banklar izafi vəsaitləri kreditləşdirməyə yönəltməyə məcbur olacaqlar.

30.10.2018 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ