Trampdan yeni "vətəndaşlıq" qərarı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan yeni "vətəndaşlıq" qərarı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, ABŞ vətəndaşı olmayan ailələrin uşaqlarının ölkədə dünyaya gəlməsi halında vətəndaşlıq əldə etmələrini məhdudlaşdırmağı planlaşdırır.
 

"Marja" xəbər veri ki, Tramp, "Axios on HBO" proqramında verdiyi açıqlamada, ABŞ vətəndaşı olmayanların və ya qanunsuz  miqrantların ölkə ərazisində doğulan uşaqlarına ABŞ vətəndaşlığı verilməsi təcrübəsinə son qoymaq istədiyini söyləyib. 
 

ABŞ Prezidenti "Bunu bir prezident sərəncamı ilə edə bilərəm", - deyib.
 

Tramp, Ağ Evdəki hüquqşünasların təklifini təhlil etdiklərini qeyd edib.
 

ABŞ konstitusiyasının müəyyənləşdirdiyi bir hüquq olan anadangəlmə ABŞ vətəndaşlığının ləğv edilməsi, Prezidentin konstitusiyaya təkbaşına dəyişiklik etmək mandatı ilə bağlı hüquqi bir mübahisəyə səbəb ola biləcəyi ifadə edilir.

30.10.2018 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ