Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AZAL Cenevrəyə ilk çarter reysini yerinə yetirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Cenevrəyə ilk çarter reysini yerinə yetirib

Oktyabrın 30-da “Azərbaycan Hava Yolları” (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.

 

AZAL aviaşirkəti və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib.

 

Açılışda çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, ötən həftələrdə İsveçrənin Turizm Agentliyi ilə Azərbaycan Turizm Agentliyi arasında saziş imzalanıb. Sazişə əsasən hər iki ölkənin şəhərlərinə turistlərin cəlb olunması nəzərdə tutulur. Bu gün açılan çarter reysi də turistlərin cəlbi üçün bir vasitədir.

 

Diplomat qeyd edib ki, bu çarter reysləri biznes əlaqələrinin inkişafına da öz töhfəsini verəcək.

 

Qeyd edək ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

 

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək.

31.10.2018 04:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ