Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

2019-da Azərbaycan xaricdə 10-dək Ticarət Evi açmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
2019-da Azərbaycan xaricdə 10-dək Ticarət Evi açmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə Azərbaycan xaricdə 10-dək Ticarət Evi açmağı planlaşdırır. Bu barədəAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinin səlahiyyətlərini icra edən Yusif Abdullayev məlumat verib.

 

“2019-cu ildə 10-dək Ticarət Evinin açılması planlaşdırılır. Bunlardan bir neçə Ticarət Evi Rusiyada, bir neçəsi isə Çində açılacaq”, - Y.Abdulayev çərşənbə günü mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.

 

Onun sözlərinə görə, həmçinin hazırda Fasrs körfəzi ölkələrindən biri ilə Ticarət Evinin açılmasına dair danışıqlar aparılır.

 

Y.Abdullayev vurğulayıb ki, 2019-cu ildə Azərbaycan Asiya, Avropa və MDB ölkələrinə ixrac missiyaları təşkil etməyi planlaşdırır. “Gələn il Cənubi Koreyaya ilk ixrac missiyası təşkil olunacaq, burada iri sərgi keçiriləcək”, - o qeyd edib.

 

Hazırda Belarus Respublikası, Ukrayna və Latviyada Azərbaycan Ticarət Evləri fəaliyyət göstərir.

31.10.2018 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ