Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sahibkarlığın inkişafında informasiya texnologiyalarının rolu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlığın inkişafında informasiya texnologiyalarının rolu

(®) Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və uzunmüddətli dövrə hesablanmış iqtisadi siyasət ölkəmizdə dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb.

 

Reklam_3_11

Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi inkişaf strategiyasının icrası nəticəsində son on beş ildə ölkəmizdə sahibkarlıq mühiti daha da inkişaf edib və geniş sahibkarlar təbəqəsi formalaşıb. Ötən müddət ərzində sahibkarlığın inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, dövlət proqramları və inkişaf konsepsiyaları təsdiq edilib. Son dövrlərdə öz möhtəşəmliyi ilə seçilən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri"ni buna nümunə olaraq göstərmək olar.

 

Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, habelə iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın sıfıra endirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması ilə bağlı aparılan islahatlar uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindəndir.

 

İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. Dövlətimizin sahibkarlara olan bu diqqət və qayğısını bir sahibkar olaraq mən də yaxından hiss edirəm və təbii ki, bu da biznes fəaliyyətimə daha yaradıcı və həvəslə yanaşmağıma öz müsbət təsirini göstərir.

 

Gənc sahibkar olaraq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə qoyulan investisiyanın cəmiyyətimiz və sahibkarın özü üçün daha faydalı olması barədə təcrübəmi bölüşmək istərdim. Ölkəmizdə elektron hökumət sisteminin mövcud olduğu, dövlət orqanları tərəfindən yüzlərlə elektron xidmətlərin göstərildiyi, rəqəmsal biznesin geniş vüsət aldığı, digital reklama tələbin artdığı, izləyici və müştəri kütləsinin biznes obyektini artıq müxtəlif sayt və səhifələrin üzərindən axtardığı, elektron alış-verişin geniş yayıldığı və elektron ödəmə portallarının sayının çoxaldığı bir dövrdə hər kəsin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə olan tələbatını daha da artırır.

 

Onu qeyd edə bilərəm ki, son dövrlərdə möhtərəm Prezident İlham Əliyev informasiya texnologiyalarının dövlətimizin, cəmiyyətimizin və ümumilikdə, biznesin inkişafında rolunu artırmaq üçün xeyli sayda mühüm qərarlar qəbul edib. Bunlara nümunə olaraq, müvafiq fərman və sərəncamlarla təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya", "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı", "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi", "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. Qəbul edilən bu önəmli sənədlərdə qeyri-neft sektorunun inkişafının yalnız innovasiyayönümlü iqtisadiyyatın qurulması ilə mümkün olacağı, informasiya texnologiyalarının geniş tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın artırılması, ölkədə informasiya cəmiyyətinin bərqərar olması, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi, informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasının dəstəklənməsi ilə bağlı xeyli tələblər və görülməli tədbirlər nəzərdə tutulub.

 

Təsisçisi olduğum "Global Technology Services" şirkəti (www.gtservices.az )  informasiya texnologiyaları bazarında kreativ layihələrin icraçısı kimi seçilməklə, tərkibində ayrı-ayrı sahələrdə fəaliyyət göstərən "Hostimul", "Web Coder" və "Azerbaijan Digital Arts School (ADAS)" şirkətlərini birləşdirir.

 

"WebCoder" şirkəti – www.webcoder.az saytların yaradılması sahəsində böyük təcrübəyə malikdir, bundan başqa ERP və CRM tipli kompleks avtomatlaşdırma sistemləri, proqramlaşdırma, neyminq, brendinq və dizayn işləri ilə məşğuldur.

 

"Hostimul" şirkəti (www.hostimul.com)– 2017-ci ildə fəaliyyətə başlayıb və hostinq xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Bu gün "Hostimul" hostinq sahəsində müxtəlif istiqamətlər üzrə xidmətlər, saytların yerləşdirilməsi, domein adlarının qeydiyyatı, VPS və fiziki serverlərin icarəsi xidmətlərini təklif edir.

 

"Azerbaijan Digital Arts School (ADAS)" şirkəti (www.adas.az) – 2018-ci ildən fəaliyyətə başlayıb. ADAS-ın əsas məqsədi ölkəmizdə proqramlaşdırma, qrafik dizayn və SEO sahələrini inkişaf etdirmək, bu istiqamətlər üzrə peşəkar kadrları yetişdirməkdir. Burada hər üç sahə peşəkar mütəxəssislər tərəfindən akademik səviyyədə tədris olunur. ADAS-ın özəlliyi ondan ibarətdir ki, tələbələri real şirkətlərdə təcrübədən keçmək imkanına malikdirlər. Tədrisi müvəffəqiyyətlə bitirən tələbələr isə biz tərəfdən işlə təmin edilir.

 

Onu da qeyd edim ki, "Global Technology Services" şirkəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hostinq provayderi olaraq rəsmi qeydiyyata alınmış üç şirkətdən biridir. Şirkətin göstərdiyi xidmətlərin keyfiyyəti beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq, ISO 9001: 2015, ISO / IEC 20000-1:2011, ISO / IEC 27001:2013 sertifikatları ilə təsdiqlənib.

 

İldən-ilə daha da genişlənən və inkişaf edən IT sektoru həyatımızda əhəmiyyətli bir yerə sahibdir. Kompüterdən mobil telefonlara, planşetlərdən geyinilə bilən texnologiyalara qədər bir çox sahəni əhatə edən informasiya texnologiyaları ehtiyaclara uyğun olaraq inkişaf etməyə davam edir. Hazırda informasiya texnologiyalarının əsas komponentləri olan kompüterlər və telefonlar həyatımızı daha da asanlaşdırıb, hər kəs üçün daha rahat və sürətli məlumat əldə etmə imkanı yaradıb. Xüsusilə son bir neçə ildə mobil telefonların inkişafı informasiya texnologiyalarına fərqli bir ölçü gətirdi.

 

Əvvəllər ölkələrin inkişafı hərbi qüvvələrin səviyyəsi ilə müəyyən edilirdisə, günümüzdə texnologiya anlayışı əsas ölçü kimi götürülür. Görürük ki, texnologiya sahəsinə sərmayə qoyan və inkişaf etdirən ölkələr iqtisadi cəhətdən daha inkişaf edib və xaricdən daha az asılıdır.

 

İnformasiya texnologiyaları məhsullarının əsas ehtiyaca çevrilməsi IT sektorunun sürətli inkişafına gətirib çıxarıb. Bununla da IT sektorunda dövlətlərin və şirkətlərin investisiyaları artmağa başlayıb. Dünyanın tanınmış texnologiya şirkətləri araşdırma və inkişaf etdirmə üçün milyardlarla vəsait xərcləyir. Misal üçün, "Microsoft", "Apple" və "Samsung" kimi nəhəng şirkətlərin adlarını çəkmək olar. Bu şirkətlər hər il inkişafları üçün 10 milyard dollardan çox vəsait xərcləyirlər.

 

Təsadüfü deyil ki, dünyanın ən çox sərvətə malik insanları informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin təsisçiləri və menecerləridir. Buna misal olaraq qeyd etmək olar ki, "Microsoft" şirkətinin təsisçisi Bill Gatesin 70 milyard dollardan çox, "Facebook" şirkətinin təsisçisi Mark Zuckerbergin 60 milyard dollardan çox, "Oracle" şirkətinin təsisçisi Larry Ellisonun 40 milyard dollardan çox, "Google" şirkətinin təsisçiləri Larry Page və Sergey Brinin 30 milyard dollardan çox sərvəti var. Bu bizə IT sektorunun dünya bazarında payının nə qədər böyük olduğunu göstərir.

 

IT sektoru hər il genişlənməyə davam edir. Sürətlə yenilənən bu sektorda yer almaq üçün biz daim özümüzü inkişaf etdirməli və sektorun özü kimi yeniliklərə açıq olmalıyıq.

 

"Global Technology Services" ailəsi olaraq əsas məqsədimiz informasiya texnologiyaları sahəsində dünyada baş verən yenilikləri tətbiq etməklə ölkəmizdə rəqəmsal biznesin formalaşması prosesində yaxından iştirak etmək, IT bazarını və unikal rəqəmsal informasiya xidmətlərini inkişaf etdirmək, IT üzrə yeni mütəxəssisləri yetişdirməklə əmək bazarına öz töhfəmizi verməkdən ibarətdir. Eyni zamanda, bu sahədə öz xidmət və məhsullarımızı dünya bazarına ixrac etmək də hədəflərimizdəndir. Əminik ki, ölkəmizdə biz sahibkarlar üçün yaradılan geniş imkanlar hədəflərimizə asanlıqla nail olmağımıza səbəb olacaq.

 

Mirzəyev Əli Məmməd oğlu

gənc sahibkar,

AMEA-nın İqtisadiyyat İnstitutunun dissertantı

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

31.10.2018 10:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ