100 peşə standartı hazırlanacaq - 1 MİLYON MANAT AYRILACAQ

İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsində peşə standartlarının hazırlanması istiqamətində ilk dəfə olaraq 1 milyon manat məbləğində təyinat nəzərdə tutulub.

 

Bu "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

 

Məlumata görə, növbəti ildə 100 peşə standartının hazırlanması proqnozlaşdırılır.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə peşə standartlarının tərtibi və tətbiqi ilə bağlı normativ-hüquqi əsasların hazırlanması, təsdiqi və təşviqi ilə bağlı təkliflərin hazırlanması müəyyən edilib, əmək bazarının keyfiyyət tələblərini-bilik və bacarıqlara olan tələbləri müəyyənləşdirmək üçün müəssisələrinin və sosial tərafdaşları ilə birlikdə prioritet sahələr üzrə peşə standartlarının hazırlanmasının dəstəklənməsi nəzərdə tutulub. Strateji Yol Xəritəsinin icrası olaraq Nazirliyin mərkəzi aparatında bununla əlaqədar xüsusi qurum (sektor) yaradılıb, qanunvericilik bazasının hazırlanması işinə başlanılıb.

 

Strateji Yol Xəritəsində peşə təhsili sisteminin gələcək inkişafını təmin etmək üçün dövlət, özəl və beynəlxalq maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi nəzərdə tutulub. Gözlənilən nəticə və nəticə indikatoru kimi peşə standartlarının və təhsil proqramlarının hazırlanmasının peşə təhsili müəssisələri məzunlarının məşğulluq səviyyəsinin artması və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması müəyyən edilib. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

31 Oktyabr 2018 , 15:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin