Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Agentlik: "Şadlıq evləri ilə bağlı bizim də planımız var”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik: "Şadlıq evləri ilə bağlı bizim də planımız var”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 aylıq fəaliyyəti onu deməyə əsas verir ki, hazırda ölkədə qida təhlükəsizliyi sahəsində ən pis səhnə ictimai iaşə müəssisələrindədir”.

 

Bunu jurnalistlərə açıqlamasında Agentliyin sədri Qoşqar Təhməzli deyib.

 

Q.Təhməzli qeyd edib ki, bu hallar, əsasən, şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında qeydə alınır.

 

O, həmin müəssisələrinin sahiblərinə tövsiyə edib ki, Agentliyin müvafiq ekspertlərinin köməyindən istifadə edərək öz işlərini yaxın gələcəkdə qüvvədə olan sanitariya-gigiyena norma və qaydalarına, eləcə də beynəlxalq standartlara uyğun qursunlar.

 

O qeyd edib ki, şadlıq evləri ilə bağlı Agentliyin tədbirlər planı var: “Şadlıq evlərində Agentlik tərəfindən xüsusi monitorinqlər həyata keçiriləcək. Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində Agentliyin aparacağı yoxlamalar zamanı, əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Onların əhalinin qidalanmasına verəcəkləri məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Bu, çox önəmli məsələdir. Eyni zamanda qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda, bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tədbiq olunacaq”. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

31.10.2018 13:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ