Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Məşhur restoran şəbəkəsi iflasın astanasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur restoran şəbəkəsi iflasın astanasında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyaca məşhur İngilis aşbaz Jamie Oliver, adını verdiyi "Jamie's İtalian" adlı restoran şəbəkəsini yaşatmaq üçün daha çox pulunun qalmadığını bildirib.
 

"Marja" xəbər verir ki, "The Sunday Mail" qəzetinə müsahibə verən Oliver, məşhur İtalyan restoran şəbəkəsinin yaşadığı maliyyə çətinliklərinə toxunub.
 

Oliver, "Jamie's İtalian"ı yaşatmaq üçün pulunun qalmadığını bildirərək, "Daha çox investisiya qoyacaq bir şey qalmadı. Orada çalışan insanları da riskə atmaq istəmədiyim bir nöqtədəyik", - ifadələrini istifadə edib.
 

Maliyyə çətinlikləri getdikcə artan "Jamie's İtalian", 71,5 milyon funt-sterlinq borcuna görə 12 restoranını bağlamaq məcburiyyətində qalmışdı.
 

Məşhur aşbaz, adını verdiyi şəbəkəni yaşatmaq üçün təkcə bu il 13 milyon funt-sterlinq səviyyəsində investisiya etmişdi. Şirkətin yenidənqurmaya getməsi səbəbindən restoran şəbəkəsi 600 nəfəri işdən çıxartmışdı.
 

2016-da 700 min funt-sterlinq qazanc əldə edən Jamies Oliver, ötən ilin sonunda 20 milyon funt-sterlinq zərər açıqlamışdı.
 

"Jamie Oliver Restaurant Group"un icraçı direktoru John Knight, "The Telegraph" qəzetinə verdiyi müsahibədə, "Çox sürətli bir şəkildə əlverişsiz yerlərdə restoranlar açmışıq",- ifadəsini işlətmişdi.

31.10.2018 14:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ