Bakıda ənənəvi “Xaricdə təhsil” sərgisi keçiriləcək
Artıq ənənə halını almış Xaricdə təhsil sərgisi bu dəfə də "JW Marriott Absheron" otelində yer alacaq.
Sərginin qapıları 4 Mart tarixində saat 12:00-dan 18:00-a qədər qonaqların üzünə açıq olacaq. Sərgi, 10 ildir ki, xaricdə təhsil sahəsində güvənilən şirkət kimi tanınan "Azeri Student" tərəfindən təşkil ediləcək.
Qeyd edildiyi ki, "Azeri Student" şirkəti uzun illərdir ki, xaricdə təhsil almaq arzusunda olan gənclərə öz hədəflərinə çatmaqda yardım göstərir. "Azeri Student" dünyanın dörd bir yanında təhsil alan yüzlərlə tələbəyə yardımçı olmuşdur. Hər zaman öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşan "Azeri Student" bu dəfə də sözünün üzərində duraraq, ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Avropanın ən tanınmışali təhsil ocaqlarının nümayəndələrini sərgiyə dəvət edib, tələbələrin onlarla bilavasitə ünsiyyətinə şərait yaradır.
Xaricdə təhsil, sözsüz ki, gələcəyə edilmiş ən yaxşı yatırımdır.Heç kim üçün sirr deyil ki, xarici ölkədə istər universitet, istər dil kursları, istərsə də doktorantura zamanı əldə edilən təcrübə əvəzsizdir. Belə ki, xaricdə təhsil almış insanın başqa namizədlərə nisbətən rəqabət qabiliyyəti dəfələrlə üstün olur. Bu təkcə nüfuzlu təhsil ocağının diplomu hesabına deyil, həm də geniş dünya görüşü, komandada işləmək və ekstrimal vəziyyətlərdə vacib qərarlar qəbul edə bilmək qabiliyyəti sayəsində baş verir.
Beləliklə, martın 4-də JW Marriott Absheron otelində baş tutacaq sərginin iştirakçıları:
-Xaricdə təhsil məsələləri üzrə məsləhətlər alacaq;
-Təhsil üçün uyğun proqramı (bakalavr, magistr, foundation, yay məktəbləri və s.) seçə biləcək;
-Bu sahənin mütəxəssislərinin rəyini öyrənəcək;
-Nəhayət, xaricdə təhsilin insana bəxş etdiyi imkanların nə qədər geniş olduğuna özləri əmin ola biləcəklər.
Xaricdə təhsil sərgisində universitet, kollec və ingilis dili kursları iştirak edəcəkdir.
Sərgidə iştirak pulsuz olsa da qeydiyya mütləqdir.
Qeydiyyatdan keçmək istəyənlər http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-mart-2017/register linkinə keçməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
2 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
2 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
4 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
4 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq