Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“AccessBank” yeni maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AccessBank” yeni maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccessBank”  2018-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 30 Sentyabr 2018-ci il tarixində “AccessBank” ın cəmi aktivləri 836 milyon 456 min manata çatıb. “AccessBank”ın cəmi aktivləri 30 Sentyabr 2017-ci il tarixində 852 milyon 1 min manat, 31 Dekabr 2017-ci il tarixində isə 844 milyon 821 min manat idi.  Aktivlərin azalmasının əsas səbəbi Bankın qiymətli kağızlara investisiyasının 39 milyon 5 min manatdan 1 milyon 669 min manata düşməsidir.

 

2018-ci ilin ilk yarısı ilə müqayəsədə üçüncü rübdə Bankın aktivləri 1,04% artıb. 30 İyun 2018-ci il tarixində “AccessBank” 827 milyon 873 min manat cəmi aktivlərə malii idi.

 

BANKIN SATIŞI CANLANIR

 

“AccessBank”ın xalis kredit və lizinq portfeli isə təxminən 3% artaraq 2017-ci ilin sonundakı 503 milyon 503 min manatdan  30 Sentyabr 2018-ci il tarixində 518 milyon 478 min manata çatıb.

 

"ACCESSBANK"A ETİBAR EDİLƏN PUL ARTIB

 

Diqqəti cəlb edən “AccessBank”dakı depozitlərin daha yüksək nisbətdə artmasıdır. Belə ki, 2017-ci ilin sonu ilə müqayisədə depozitlər  16% artaraq 464 milyon 25 min manata çatıb. 31 Dekabr 2017-ci il tarixində “AccessBank”ın depozit portfeli 399 milyon 815 min manat, 30 Sentyabr 2017-ci il tarixində isə 376 milyon 792 min manat səviyyəsində idi.

 

BORCLARINI QAYTARIR

 

 “AccessBank” cəlb etdiyi kreditlər üzrə borclarını qaytarmaqda davam edir. Ötən ilin sonunda digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri 242 milyon 569 min manat ikən, cari ilin sentyabr ayının sonunda 210 milyon 936 min manat qalıb (31 milyon 633 min manat və ya 13% azalma).

 

“AccessBank”ən cəmi öhdəlikləri 2017-ci ilin sonundakı 775 milyon 958 min manatdan 780 milyon 455 min manata yüksəlib.

 

30 Sentyabr 2018-ci il tarixində “AccessBank” 56  milyon 1 min manat cəmi balans kapitalına malik olub. Ötən ilin sonunda bu məbləğ 68 milyon 863 min manat idi.

 

2018-ci ilin 9 ayı ərzində “AccessBank”ın faiz gəlirləri 65 milyon 331 min manat təşkil edib. Bank 2017-ci ilin 9 ayında 78 milyon 143 min manat faiz gəlirləri əldə etmişdi. Faizlər və onlara bağlı xərcləri 49 milyon 187 min manatdan 39 milyon 359 min manata düşüb.

 

ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX AZALIB

 

Faiz xərcləri və qeyri-faiz əməliyyatları üzrə zərər çıxıldıqdan sonra 9 ay ərzində “AccessBank”ın cəmi gəlirləri 18 milyon 499 min manat təşkil edib. 44 milyon 166 min manat əməliyyat, inzibati və digər xərclərə görə Bank 25 milyon 667 min manat əməliyyat zərəri ilə üzləşib. Lakin əvvəlki illər depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 13 milyon 830 min manatının azad olması zərərin azalması ilə nəticələnib və Bank cari ilin 9 ayını 11 milyon 837 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “AccessBank” 2017-ci ilin 9 ayını 48 milyon 298 min manat zərər ilə bağlamışdı. Beləliklə, Bankın zərəri  4 dəfədən çox azalıb.

 

ÖDƏMƏ  VAXTI KEÇMİŞ KREDİLTLƏR YIĞILIR

 

Qeyd edək ki, əvvəlki illər depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 13 milyon 830 min manatının azad olması “AccessBank”ın problemli kreditləri almağı bacardığına işarədir. Bank qarşıdakı dövrdə gecikmədə olan kreditlərin ödənilməsinə nail olaraq daha çox ehtiyatın azad olmasına çalışır. Ehtiyatların azad olması “AccessBank”ı xalis mənfəətə yaxınlaşdıracaqdır.

 

KAPİTALINI BÖYÜK MƏBLƏĞDƏ ARTIRIR

 

30 Sentyabr 2018-ci il tarixində “AccessBank” 27 milyon 990 min manat məcmu kapitala malik olub. Yeri düşmüşkən əlavə edək ki, bu yay “AccessBank"ın Səhmdarlarının Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Proses yekunlaşdıqdan sonra Bankın nizamanmə kapitalı 2 dəfə artaraq 280 milyon 258 min manata qalxacaqdır. Eyni zamanda, Bankın məcmu kapitalı 50 milyon manatı keçəcəkdir.

 

"AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir. Bu amillər bizə qədəm qoyduğumuz yeni dövrdə daha da möhkəmlənməyə imkan verəcək", - "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov maliyyə göstəricilərini şərh edərkən deyib.

 

“KREDİTLƏRƏ TƏLABATIN ARTMASINI MÜŞAHİDƏ EDİRİK”

 

Anar Həsənov, "Sevindirici haldır ki, bankın əksər maliyyə göstəriciləri artım nümayiş etdirməkdədir” deyərək sözlərinə belə davam edib: “Bilirsiniz ki, depozit portfelimizdəki artım bir növ ənənə halını alıb və biz əmanətini bizə etibarən edən hər bir müştərimizə təşəkkür edirik. Mən kredit portfelindəki artıma da xüsusilə toxunmaq istərdim. İqtisadiyyatdakı canlanma maliyyə sektoruna və xüsusilə onun onurğa sütununu təşkil edən bankların fəaliyyətinə də müsbət təsirini göstərir. Biz əhalinin və biznesin kreditə olan tələbatının artmasını müşahidə edirik və inanıram ki, bu artım davamlı olacaq”.

 

BALANS HESABATI

 

  min AZN  30.09.2018

AKTİVLƏR

Nağd vəsaitlər

Cash funds

64 099

AMB-yə qarşı tələblər

Amounts due from CBA

82 792

“Nostro" hesabları

“Nostro" accounts

20 161

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər

Deposits in financial institutions including banks

0

Qiymətli kağızlar

Securities

1 669

Xalis kreditlər və lizinqlər

Net loans & Leasings

518 478

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

Fixed assets used in banking deducting depreciation

33 450

Bank işində istifadə olunmayan əsas vəsaitlər

Fixed assets not used in banking

4 314

Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı

Investments to other non-consolidated ventures and joint ventures, and financial participation

40

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

Intangible assets deducting depreciation

30 840

Digər aktivlər

Other assets

80 613

CƏMİ AKTİVLƏR

TOTAL ASSETS

836 456

 

ÖHDƏLİKLƏR

Depozitlər

Deposits

464 025

AMB-nın banka qarşı tələbləri

CBA claims against the Bank

0

Digər bankların tələbləri (“Loro" hesabları)

Other banks’ claims (“Loro” accounts)

611

Bankların və digər maliyyə müəssisələrinin depozitləri

Deposits of banks and other financial institutions

15 988

Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri

Loans of other financial institutions (excluding banks)

210 936

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri

Subordinated loans and other similar promissory notes issued by the Bank

64 423

Digər passivlər

Other liabilities

24 472

CƏMİ ÖHDƏLIKLƏR

TOTAL LIABILITIES

780 455

 

 

KAPİTAL

CƏMİ KAPITAL

TOTAL EQUITY

56 001

 

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

30/09/2018

 min AZN  

 

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

(Interest income and other related income, total)

65 331

 

Faizlər və onlara bağlı xərclər, cəmi

(Interest expense and other related expenses, total)

(39 359)

 

Xalis faiz mənfəəti (zərəri)

(Net interest profit (loss))

25 972

 

Qeyri-faiz gəlirləri, cəmi

(Non-interest income, total)

(7 473)

 

CƏMİ GƏLİRLƏR

(TOTAL INCOME)

18 499

Qeyri-faiz xərcləri, cəmi

(Non-interest expense, total)

(44 166)

 

Xalis əməliyyat mənfəəti

(Net operational profit)

(25 667)

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

(Provision expenses)

13 830

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

(Pre-tax Net profit (loss))

(11 837)

 

Mənfəətdən ödənilən vergilər

(Profit tax)

0

 

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

(Post-tax Net profit (loss))

(11 837)

 

 

 

A. KAPİTAL VƏSAİTLƏRİ,  min AZN

0

1

2

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən  az olmamalıdır)

A1

44855.24

a) Adi səhmlər (tam ödənilmiş paylar)

A1a

140258.39

b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər

A1b

0.00

c) Səhmlərin emissiyasından əmələ gələn  əlavə vəsait

A1c

0.00

d)   Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi 

A1d

-95403.15

d1) əvvəlki illərin mənfəəti (zərəri)

A1d1

-83566.61

d2) (çıx) cari ilin zərəri

A1d2

-11836.54

d3) kapital ehtiyatları (fondları)

A1d3

0.00

e) Digər

 

A1e

 

2. I dərəcəli kapitaldan  tutulmalar

A2

30840.14

a) Qeyri-maddi aktivlər

A2a

30840.14

b) Təxirə salınmış vergi aktivləri

A2b

 

3. Tutulmalardan  sonra I dərəcəli kapitalı (I—2)

A3

14015.10

4. II dərəcəli  kapital (I dərəcəli  kapitalın  məbləğindən çox olmamalıdır)

A4

14015.10

a) Cari ilin mənfəəti

A4a

0.00

b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)

A4b

8749.75

c)  Kapitalın digər komponentləri

A4c

7007.55

c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər

A4c1

0.00

c2) subordinasiya borc öhdəlikləri

A4c2

7007.55

    d) Digər vəsaitlər

A4d

0.00

5. Məcmu kapital (3+4)

A5

28030.19

6. Məcmu kapitaldan tutulmalar :

A6

40.00

a)   Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)

A6a

0.00

b)    Bütün digər investisiyalar (xalis)

A6b

40.00

7. Tutulmalardan  sonra məcmu kapital (5-6)

A7

27990.19

8. Risk dərəcəsi üzrə ölçülmuş  yekun aktivlər  (cədvəl A15, E sətirindən)

A8

699979.97

faizlə

0

Norma

Fakt

1

2

3

9. I dərəcəli  kapitalın  adekvatlıq əmsalı (3:8) x 100

A9

5.00%

1.94

10. Məcmu kapitalın  adekvatlıq  əmsalı (7:8) x 100

A10

10.00%

3.94

 

31.10.2018 17:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ