Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər öncəsi dolların qiymətlərində ucuzlaşma müşahidə edilir.

 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi 1.13$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1218$-a ticarət edilməkdədir.

 

Dollar indeksində müşahidə edilən 0.4%-lik ucuzlaşma, dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər fonunda investorların ehtiyatlı davranmaları ilə əlaqədardır. 
 

 

Belə ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər. Sabah saat 16:30-da isə ABŞ-ın əmək bazarı ilə bağlı ciddi statistik məlumatlar dərc ediləcəkdir. 

 

Dolların neft qiymətlərinə təsiri

 

Enerji bazarlarında isə Amerikanın neft ehtiyatları ilə bağlı göstəricilərin açıqlanmasından sonra Avropanın Brent neftinin bir barel qiyməti ucuzlaşıb və 75$-ın altında təklif edilməkdədir. Bu gün isə dolların qiymətində gözlənilən güclü dalğalanmanın burada da öz təsirini göstərə biləcəyi gözlənilir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

01.11.2018 06:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ