Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənzili 850 manatdan, 20 illik ipoteka ilə satacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzili 850 manatdan, 20 illik ipoteka ilə satacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin mərkəzində (ATS-in yaxınlığı) “Teras Park” adlı yeni iri yaşayış kompleksinin tikintisinə başlanılıb.

 

Reklam_3_11

“Teras Park”da yaxın günlərdə yaşayış kompleksindəki mənzillərin satışına başlanılacaq. “Marja” xəbər verir ki, kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 850 manatdan başlayır. Bu qiymət Bakıxanov qəsəbəsində yeni layihələr arasında ən aşağı qiymətdir. Belə ki, Baxıxanov qəsəbəsində yaşayış kompleksləri tikən  “Bakıxanov Rezidens Komplekslər Qrupu”nda qiymətlər 850 manatdan yüksəkdir. Məsələn, qrupun yeni “Brilliance Rezidens” yaşayış kompleksində mənzil nağd alındıqda 1 kv.m 1200 manatdan hesablanır.

 

Bunu da qeyd edək ki, “Teras Park” yaşayış kompleksində mənzillərin 20 illik ipoteka ilə satılacağı elan edilib. Azərbaycan Beynəlxalq Bankının 20 illik ipotekanı dayandırdığı bir vaxtda, bu kompleksdə mənzillərin hansı bank vasitəsilə 20 illik ipoteka ilə satılacağı maraq doğurur. Şirkətin telefonlarına cavab verilmədiyindən bu barədə məlumat ala bilmədik. 

 

18.02.2017 18:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ