Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR, 2020-də Azərbaycan qazının Avropaya tədarükünə başlanacağına ümid edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR, 2020-də Azərbaycan qazının Avropaya tədarükünə başlanacağına ümid edir

SOCAR Cənub Qaz Dəhlizinin (CQD) tikintisinin vaxtından əvvəl başa çatacağına və 2020-ci ildə Azərbaycan qazının Avropaya tədarükünə başlanacağına ümid edir. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

 

"CQD-nin tikintisi qrafik üzrə və hətta qrafiki qabaqlamaqla gedir. Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi layihəsi üzrə işlər 79%-dən çox yerinə yetirilib və bu, boru kəmərinin planlaşdırıldığı kimi, 2020-ci ildə istismara veriləcəyini əminliklə deməyə imkan verir", - deyə o, CBC telekanalına müsahibəsində bildirib.

V.Bəylərbəyov qeyd edib ki, İtaliya ərazisində TAP-ın tikintisi üzrə işlər bu həftə başlamalıdır.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.

Layihənin dəyəri 40 mlrd. dollardan çoxdur.

 

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

 

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

01.11.2018 06:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ